Amerikanın məşhur serialının Türkiyə versiyası çəkiləcək
Amerikanın məşhur "Beverly Hills, 90210" serialının Türkiyə versiyası çəkiləcək.
azmedia.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi üçün aktyor seçimlərinə start verilib. Serialda rol alacaq ilk ad isə Aslıhan Malbora olub.
Qeyd edək ki, aktrisa sonuncu dəfə "Üç kuruş" serialında rol alıb.