Hadisə
09:59 / 6.05.2022
35

Bakıda gənc oğlan ürəyindən vuruldu

Bakının Səbail rayonunda bıçaqlanma baş verib.
Hadisə 20-ci sahə kimi tanınan ərazidə baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Həbiyev Kamran Zaur oğlu rayonların birindən Bakıya gələrək Azər adlı şəxslə əlbəyaxa dava edib.
Dava zamanı o bıçaqlanıb. 
O, ürək, ciyər və çiynindən bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Hadisəni törədən şəxsin axtarışları davam edir.