Gündəm / Siyasət
20:56 / 29.04.2022
78

Maykl Günter: “İlham Əliyev ingilis dilində Trampdan yaxşı danışırdı”

“Mən bura İkinci Qarabağ müharibəsi başlayandan bəri iki kitab yazmışam deyə dəvət olunmuşam”.
Bu sözləri Tennesi Texnologiya Universitetinin professoru Maykl Günter deyib.
O, bu gün Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Maykl Günter İlham Əliyev haqqında təəssüratlarını bildirərkən onun çox səlis ingilis dilində danışdığını da qeyd edib.
“Sizin prezidentinizdən çox təsirləndim. O təxminən üç saat ərzində müxtəlif insanların suallarını cavablandırdı. Prezidentiniz çoxsaylı müqayisələr apardı. İngilis dilində çox yaxşı danışırdı. Hətta mənim müqayisəmə görə bizim, ABŞ-ın əvvəlki prezidenti Trampdan daha yaxşı danışırdı”, – deyə fikirlərini tamamlayıb.
Daha ətraflı Baku TV-nin süjetində: