Gündəm / Cəmiyyət / Sosial
13:59 / 23.06.2022
62

Yaxşılara yaxşı demək vicdan borcudur


Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Siraqəddin Cabbarovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Siraqəddin Cabbarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.

Son günlər bəzi internet saytlarında Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Siraqəddin Cabbarov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından Sabirabad əhalisi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Çöl Beşdəli kəndində keçirilmişdir.

Sabirabad rayon icra hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu ilə yanaşı mövcud problemlərin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə yerlərdə səyyar görüşlər keçirilir.

Çöl Beşdəli kənd tam orta məktəbində keçirilən növbəti görüşdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

S.Cabbarov Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəmizin və Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb.

Natıq çıxışında bildirib ki, ölkəmizin hər bir bölgəsində, o cümlədən Sabirabad rayonunda geniş tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, sosial layihələr reallaşdırılır. Dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı fərman və sərəncamlar vətəndaşlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Səyyar qəbulda sakinlərdən Tofiq Azayev, Nizami İsmayılov, Valeh Azayevin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə icrası ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.