Gündəm / Cəmiyyət / Sosial
12:42 / 13.05.2022
54

İLQAR NƏZƏROV – Yaxşılara yaxşı demək vicdan borcumuzdur


"O hər yerdədir. Qayğıya ehtiyacı olan uşaqların, Qazilərin, ahılların, gənclərin. Ona hamı hörmətlə yanaşır. Hamının rəğbətini qazanıb, hamı öz dərdini ona rahatlıqla danışa bilir, çünki dinləməyi və dərdə şərik olmağı bacarır”.

Heç bir təqdimata ehtiyacı olmayan vətənpərvər insandan – İlqar Nəzərovdan danışırıq. İlqar müəllim görüb-götürüb, aldığı tərbiyəsində və özünün dünyagörüşündən qapısına pənah aparan heç kimi əliboş qaytarmayıb. Əlindən gələn bütün köməkliklərini edir. 

İlqar Nəzərov geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, Qarabağ qazilərinə, qaçqın və məcbur köçkün ailələrinə yardım göstərir.  

“Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov mütəmadi olaraq Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olan ailələrə, veteranlara baş çəkərək, onların sosial problemləri ilə yaxından tanış olub və həllində əlindən gələn köməkliyi göstərir.  

İlqar Nəzərov dünyanı bürüyən “Covid-19” pandemiyası dövründə və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı ilə başlana 44 günlük Qarabağ Vətən Müharibəsi zamanı qəsəbənin aztəminatlı ailələri və döyüşdə iştirak igid oğullarımızın ailələri ilə daim sıx əlaqə saxlayaraq, onların problemlərin həllində yaxından köməklik etmişdir. 

Ölkədə xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov öz və ölkə sakinlərinin adından cənab İlham Əliyevə və xanım Mehriban   ƏIiyevaya Azərbaycan iqtisadiyyatına   göstərdiyi xüsusi diqqət  və qayğıya dərin minnətdarlığını bildirir. Gələcəkdə ölkədə

abadlıq və quruculuq işlərinin davamlı olmasını arzulayırıq. 

Bundan başqa, İlqar Nəzərov respublikada bir çox mühum tədbirlərdə özünün vətəndaşlıq borcunu yerinə yetirərək bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı İlqar Nəzərovdan və onun ideyaları ətrafında birləşdirir. 

Təvazökarlığı, xeyirxahlığı, sadəliyi ilə milyonların rəğbətini qazanan İlqar Nəzərov qayğıya ehtiyacı olan insanların hamisinə çevrilib.

“Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.  

Azərbaycanın əzəli və tarixi torpaqlarını 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişi ilə rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirdi və qısa müddətdə düşməni sarsıdıcı məğlubiyyətə uğratdı. 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan böyük Zəfər qazandı. Rəşadətli Azərbaycan Ordusu düşməni diz çökdürərək işğal altındakı torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyü təmin edildi.

Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzu edirik!

QƏLƏBƏ BİZİMDİR!

QARABAĞ AZƏRBAYCANDIR!