Gündəm / İdman
20:58 / 29.04.2022
75

Romero 225 gündən sonra meydana döndü, “Qarabağ” darmadağınla finalda – VİDEO

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.
Yarımfinal mərhələsinin cavab oyununda “Qəbələ”ni 5:0 hesabı ilə darmadağın edən “Qarabağ” həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Ağdam təmsilçisi Qəbələdəki ilk oyunda da qalib gəlmişdi - 3:1.
Uzun müddətdir zədədən əziyyət çəkən “köhlən atlar”ın ispaniyalı vingeri Xayme Romero 225 gündən sonra meydana qayıdıb.
Qeyd edək ki, “Qarabağ”ın finaldakı rəqibi “Neftçi” – “Zirə” cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk oyunda hesab açılmayıb.