Dünya
10:50 / 7.05.2022
36

Rusiyanın silah-sursat anbarı vuruldu: Xeyli sayda...

“Rusiya ordusu şimal istiqamətində aktiv əməliyyat həyata keçirməyib. Slobojanski istiqamətində düşmən Xarkov şəhəri yaxınlığındakı yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir”.
Azmedia.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında qeyd olunub.
Bildirilib ki, qarşı tərəf İzyum istiqamətində PUA-lar vasitəsilə hava kəşfiyyatı aparır: “Onlar bu yolla qoşunlarımızın mövqelərini dəqiqləşdirirlər. Bir neçə yaşayış məntəqəsində üç körpü partladılıb. Bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına mane olmaq üçündür. Donetsk və Tavriya istiqamətlərində düşmən təmas xətti boyunca artilleriya atəşini davam etdirir. Əməliyyat-taktiki aviasiya vasitələrilə qoşunlarımızın mövqelərinə raket-bomba zərbələri endirilir. Mariupol şəhərində müdafiə qüvvələrinin Azovstal rayonundakı bölmələrinin mühasirəsi davam edir. Cənub Buq istiqamətində düşmən artilleriya qurğularından istifadə etməklə qoşunlarımızın mövqelərini atəşə tutub. Rusiya ordusu Nikolayev şəhərinin mülki infrastrukturunu raketlərdən və çoxsaylı reaktiv yaylım atəşindən atəşə tutub”.