Dünya
17:27 / 5.05.2022
34

Ermənistanda aksiyada 49 nəfər SAXLANILDI

Ermənistanın paytaxtı İrəvanda ölkənin Baş naziri Nikol Paşinyana qarşı növbəti etiraz 
Azmedi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, müxalifət nümayəndələri İrəvanda yenidən bir neçə küçəni bağlayıb.
Aksiya iştirakçıları vətəndaşları onlara qoşulmağa çağırıb. Hələ ki saxlanılanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Müxalifət nümayəndələri aksiyalar zamanı İrəvanda küçələri və vilayətlərdə avtomobil yollarını bağlayırlar.
***
Polis yolun hərəkət hissəsi ilə “Fransa” meydanından Abovyan küçəsinə tərəf gedən aksiya iştirakçılarını saxlamağa başlayıb. Aksiya iştirakçıları “Nikolsuz Ermənistan” şüarı səsləndirib.
***
Saat 12-ə olan məlumata görə, aksiyada saxlanılanların sayı 49-a çatıb.